Rəşad Dağlıdan XƏBƏR VAR: 4 aydan sonra... -VİDEO

2022-ci ilin noyabrın 9-da qətl törətdiyi üçün həbs olunan meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri martın 9-da sona çatır.
Qaradağ Rayon Məhkəməsindən onun həbs müddətinin uzadılması ilə bağlı hər hansı müraciətin daxil olmadığı bildirilib.
Məlumata görə, R.Dağlının məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Baku TV-nin əməkdaşı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasa da, o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Daha ətraflı süjetdə: