ŞOK İDDİA! - Hacı Şahinə sui- qəsd edilib? – Mühüm açıqlama

İlahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı  Hacı Şahinin qəfil ölümü cəmiyyətdə çoxsaylı suallar doğurub. Ölümü ilə bağlı araşdırma tələb edən ictmaiyyət üzvlərinin fikrincə,  din xadiminə qarşı  sui- qəsd ehtimalını  gözardı etməmək lazımdır. 
Sözügedən hadisəylə bağlı “Sherg.az”a açıqlama verən  həkim, tibbi təlimçi  Sevindik Şirinov deyib ki, qəfil, gözlənilməz ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir. Onun sözlərinə görə, bütün gözlənilməz ölümlərin 90 faizindən çoxu ürəyin qəfil dayanması ilə əlaqəli olur: “İnsanlar bəzən  “mədəm ağrıyırdı, həkimə getdim EKG çəkdirdim, heç bir kəskin patalogiya aşkarlanmadı” kimi narahatlıq keçirir. Bəli, bütün  kəskin döş ağrılarında, mədə ağrılarında,epigastral ağrılarda ilkin müayinə EKG müayinəsidir. Ürəklə bağlı kəskin kardioloji patalogiyalarda   EKG bir çox hallarda 15-20 faiz informativ olur. Bunun üçün xəstə dinamik kontrolda saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitoring olmalıdır.

Təəsüflər olsun ki, bəzən bu taktikanı tibb işçiləri xəstələrə  başa sala bilmir,qəti şəkildə xəstələr digər müayinələrdən imtina edir. Onu da deyim ki, statistik olaraq infarktla bağlı ürək  tutmaların, qəfl ürək  dayanmaların və ani ölümlərin  ən çox baş verdiyi vaxt 04:00-09:00 saatlarıdır”.

Qeyd edək ki, 48 yaşlı ilahiyyatçı səhər 05:00 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib.  Bu baxımdan dini kəsim  hesab edir ki, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalı ki, bu, sırf sağlamlıqla bağlı məsələdir, yoxsa  təxribat!?