Azərbaycanın fəxri - Yasin Uğur 

Bir neçə il önçə intellektual səviyyəsinə görə, dünyanın ən tanınmış univeristetlərin marağına səbəb olan və Massachusetts Boston unveristetinə dəvət alan gəncin adı Yasin Uğurdur. 
"Sherg.az" xəbər verir ki, məşhur Qərb universitetlərinin təkliflərinə rəğmən, Yasinin seçimi Qardaş Türkiyədə Sabancı Unveristeti olub: 

"Yasin Uğur 100/100 bursludur və hazırda univeristet sıralamasında ən yaxşı nəticə göstərən (xarici tələbələr üzrə) 10 tələbədən biridir. İnşAllah bu il məzun olacaq. Eyni zamanda oxuduğu univeristetdə tələbələrə təhsil verir. Bundan əlavə çox böyük əhəmiyyətə malik olan layihələrə rəhbərlik edir. Hazırda süni intellekt mürəkkəb texnoloji və proqram həllərinin öyrənilməsi və tətbiq edilməsində fəal iştirak edir". 

Xatırladaq ki, Yasin Uğur Türkiyədə zəlzələ zamanı “Yardım et, Yardım al” programının yaradılmasında yaxından iştirak etmiş və zərər çəkənlərə əvəzsiz dəstək olub.
Dəyərli müəllimləri Yasini diqqətlə izləyir və onun gələcək uğurlarına əminliklə inanırlar. Əsl tələbə həyatı, yuxusuz gecələr, oxuma əzmi, alın təri, səbir və sonda uğurlu nəticə..