Xankəndi yolunda avtomobillərin keçidinə şərait yaradılıb - YENİLƏNİB 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 14 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, səkkiz minik və altı yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Həmçinin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.
14 minik və 13 yük avtomobili Xankəndidən Laçın, bir yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrədək Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 28-ə çatıb.