Amerikalı general ölkəsinin Azərbaycana yardımlarını nəzərdən keçirdi

Azərbaycanda səfərdə olan ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, briqada generalı Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-nin Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib.
Qeyd edək ki, Voqan bundan əvvəl Müdafiə Nazirliyində də müzakirələr aparıb.