Taleh Yüzbəyovun adından dələduzluq edilib

Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq olunub.
Lent.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat verib.
Aktyor bildirib ki, onun adına səhifə açılıb, saxtakarlıq edilir:
“Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və “əbəjdadını” söyün, zəhmət olmasa”.