Amerika qitəsinin ən nəhəng həbsxanası dolub, daşır



  El-Salvador həbsxanasına 4 min məhbus salınıb. Bu, hazırda Amerika qitəsində ən nəhəng həbsxana sayılır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, El-Salvador hökuməti bu günlərdə cinayətkar şəbəkənin daha 2 min  üzvünü yaxalayaraq cəzaçəkmə müəssisəsinə göndərib. Bununla da cəzaçəkmə müəssisəsində saxlanılanların sayı 4 minə yüksəlib. Məhbuslar ətdən divarı xatırladır. Onlar ayaqları bükülü halda əyləşməyə məhkumdurlar, çünki sıxlıq səbəbindən ayaqlarını uzadıb əyləşmələri mümkün deyil.  

Tutulanların həbsxanaya göndərilməsi anını tviter hesabında paylaşan Salvador hökumətinin naziri Nayib Bukele məhbusların sayının 4 min olduğunu deyib və əlavə edib ki, cinayətkar şəbəkə ilə mübarizə davam edir.

 “Bu gün yeni bir icraat gerçəkləşdi və 2 min nəfərlik qrup üzvlərini Terrorla Mübarizə Mərkəzinə təhvil verdik. Beləcə, dünyada ən çox müzakirə olunan həbsxanada cinayətkar qruplaşma üzvlərinin sayı 4 min oldu. Nazirin paylaşdığı videoda bədənləri döyməli qruplaşma üzvlərinin alt paltarlarında və ayaqyalın halda həbsxanaya göndərildiyi görünür. Bu həbsxana paytaxt San-Salvadorun 74 kilometrliyində yerləşir və 166 hektarlıq əraziyə sahibdir. 

Qeyd edilir ki, El Salvador hökuməti cinayətkar şəbəkəni zərərsizləşdirmək üçün elan etdiyi fövqəladə vəziyyət rejimi uzun müddətdir davam edir. Salvador xalqı mövcud vəziyyətdən razıdır və cinayətlərin miqyasının azalmasında fövqəladə halın tətbiqini doğru hesab edir.