Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, martın 27-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.