Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq?

Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, Abşeron yarımadasında sabit, mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.