Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Çayqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Kamal qızı Məmmədova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı qadının siçan dərmanı içərək zəhərləndiyi məlum olub.
Ş. Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.