Bu xəstəxananın baş həkimi işdən çıxarılıb - FOTO

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.
Bu barədə Oxu.Az-a Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Həkimin əmək fəaliyyətinə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyi bildirilib.
Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.