Tələbə bacılar zəhərləniblər

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.