Gəncədə xəstəxanaya yeni müdir təyin edildi

Gəncə Şəhər Uşaq Xəstəxanasında yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həkim pediatr Vüsal Kazımov Gəncə Şəhər Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Vüsal Kazımov həmin xəstəxanada həkim-pediatr kimi fəaliyyət göstərib.