Qubadlı rayonunun Xanlıq kəndi - FOTO

Qubadlı rayonunun Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandallar işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Xanlıq kəndinin görüntülərini təqdim edir.