Apreldə neçə gün iş olmayacaq?


Aprel ayında 12 gün qeyri-iş günü olacaq.
Sherg.az-ın məlumatına görə, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən müəyyənləşib.

Belə ki, gələn ayın 21-i və 22-si Ramazan bayramıdır. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 22 aprel şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.