Naxçıvanda Nərimanovun heykəli söküldü

Naxçıvanda Nəriman Nərimanovun Böyük bağın girişində qoyulmuş heykəlini söküblər.

Sherg.az xəbər verir ki, bu barədə Naxçıvandan olan jurnalist Heydər Oğuz məlumat yayıb.

O bildirib ki, ötən gün axşam heykəlin ətrafı nazik dəmir təbəqə ilə əhatəyə alınıb. Daha sonra heykəli kranla qoparıb, yük maşınına mindirərək bilinməyən istiqamətə aparıblar.

H.Oğuz heykəlin yerində ağac əkildiyini vurğulayıb.