Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib


Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.

Bu barədə Sherg.az  qurumdan bildirilib.

Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.