“Məşhurlar bu hadisəyə biganə qalmamalıdırlar” - Nura Suri 

Müğənni Nura Suri sosial şəbəkələrdə videosu yayılan yeniyetmə gənclə bağlı paylaşım edib.
Sherg.az xəbər verir ki, sənətçi uşaq evindən sonra ruhi xəstəxanaya yerləşdirilən gəncə kömək olunmasın istəyib:

“Bütün jurnalistlər Baku TV əməkdaşlarına dəstək olmalıdır. Dövlət qurumları, millət vəkilləri, məşhurlar bu hadisəyə biganə qalmamalıdırlar. Təcili olaraq uşaq psixiatrik xəstəxanadan çıxarlmalı və bu hadisə ciddi şəkildə araşdırılmalıdır”.
Qeyd edək ki, videosu yayılan gənc 3 saylı Uşaq  evindəki şəraitdən, qidalanmaları ilə bağlı problemlərdən danışmışdı. Sözügedən uşaq evinin müdiri isə yeniyetmənin iddialarını təkzib etmiş, onun psixoloji problemlərinin olduğunu söyləmişdi.

Samirə Ərəblinskaya