Fransanın Luvr muzeyində Azərbaycanda tapılmış küp nümayiş etdirilir

Fransanın məşhur Luvr Muzeyi Azərbaycanla bağlı paylaşım edib.

Trend-in məlumatına görə, muzeyin "Twitter" hesabında Azərbaycanda tapılmış küp nümayiş etdirilir.

Qeyd olunub ki, müasir Azərbaycan ərazisində tapılmış küp 1000-1300-cü illərə aiddir. Eksponat hazırda İslam Mədəniyyəti bölməsində nümayiş etdirilir.