Başqasının şarj alətindən istifadə etməyin


Çox vaxt insanlar başqalarının şarj alətindən istifadə edir. 

Sherg.az lent.az-a istinadən bildirir ki, bu cihazı təhlükə altına sala bilər. 

Bu zaman smartfonunuzda saxlanılan bütün həssas məlumatlara giriş əldə oluna bilər. 
Bununla yanaşı, saxta şarj cihazları telefonunuza ziyan vura, batareyanı sıradan çıxara bilər. Digər insanların cihazları ictimai Wi-Fi şəbəkələri ilə birlikdə hər cür fırıldaqçılar və hakerlərə smartfona giriş imkanı da yarada bilər. 

Qeyd edək ki, ictimai yerlərdə olan USB stansiyalarından istifadə etməkdə məsləhət deyil.