Bu gün Ali Məhkəmənin yeni sədrinin adı açıqlanacaq

Bu gün Milli Məclisdə Ali Məhkəməyə sədr təyinatı məsələsi müzakirə olunacaq.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin onlayn iclasinda Ali Məhkəməyə hakimlərin təyin edilməsi, eləcə də Ali Məhkəməyə sədr təyinatı ilə bağlı qərar layihələri müzakirə olunacaq.
İclasda Ali Məhkəməyə yeni hakimlər adları və Ali Məhkəmə sədrliyinə namizədin kimliyi müəyyənləşəcək. Komitənin tövsiyəsi əsasında sabah parlamentin plenar iclasında müvafiq qərar layihələri müzakirə olunacaq.
Qeyd edək ki, Konstitusiyaya görə, Ali Məhkəmənin hakimləri Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir.
Məlum olduğu kimi, Ali Məhkəmənin hazırkı sədri Ramiz Rzayevin səlahiyyət müddəti mart ayında başa çatıb.