Bakıda bu məktəbdə vərəm aşkarlandı

Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdində vərəm xəstəliyi aşkarlanıb.
"Medicina" xəbər verir ki, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.
Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin təhsil aldığı sinidfə şagirdlərə vərəm peyvəndi vurulub.