"Liverpul"un əfsanəsi öldü

"Liverpul"un sabiq yarımmüdafiəçisi Piter Kormak vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Qırmızılar"ın əfsanəsi 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, şotlandiyalı Kormak 1972-1976-cı illərdə mersisaydlıların şərəfini qoruyub. P.Kormak “Liverpul”la İngiltərə çempionatının, UEFA Kubokunun və ölkə kubokunun qalibi olub. O, "Liverpul" forması ilə 178 matçda 26 qol vurub.