Şolts təcili Türkiyəyə gəlir: Kazandan öncə...

Almaniya kansleri Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Axar.az xəbər verir ki, bunu Alamniya Nazirlər Kabinetinin rəsmisi Volfqanq Byüxner deyib.
Onun sözlərinə görə, danışıqlarda Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq.
Qeyd edək ki, Rusiya lideri Putin Ərdoğanla BRİKS sammiti çərçivəsində Kazanda görüşəcəyini bu gün bir daha təsdiqləyib. 22-24 oktyabrda Kazanda keçiriləcək sammitdən öncə Şoltsun Ərdoğanla görüşə gəlməsi diqqət çəkib.