MN tərəfindən 29 min ha minalardan təmizlənib

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib.
Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.