O da "Space"dən getdi: 17 ildən sonra...

Tanınmış aparıcı Zamirə Dadaşova “Space” telekanalındakı işindən ayrılıb.
Bakupost.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb.
Z. Dadaşova bazar ertəsindən etibarən işdən çıxacağını qeyd edib: “Birinci gün “Space”dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV (10 il), ikincisi isə “Space” TV (17 il) olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. “Düzələr” deyib davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm, sevinim, yoxsa kədərlənim. Yeganə üzüldüyüm məqam, məncə, müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır”.