Nazir: “Zəngəzur dəhlizinin inkişafı Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir”

“Zəngəzur dəhlizinin inkişafı Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib.
Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının bu gün Bakıda baş tutan iclası Azərbaycan Prezidentinin Qazaxıstana səfəri ərəfəsində keçirilib: “Tərəflərin bu səfərə yanaşmasının nəticələri çox sevindiricidir”.

Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan ticarət əməkdaşlığı məsələsində pandemiyanın fəsadlarını artıq aradan qaldırıb.

"Bu gün Orta Dəhliz üzrə əməkdaşlıq uğurla inkişaf edir. Ələt limanının genişləndirilməsi istiqamətində işlər aparılır. Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi də inkişaf etdirilir", - Serik Jumanqarin qeyd edib. Nazir bildirib ki, bu dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə aparılan işləri intensivləşdirməyə imkan verəcək.