Cinsi ayrı-seçkiliyə məruz qalmaq...

Beynin bəzi hissələrini kiçildir 

  Bir neçə ölkədə aparılan tədqiqatların nəticələri araşdırılarkən uşaqlıq illərində cinsi ayrı-seçkiliyə məruz qalanların beyninin bəzi hissələrində fərqliliklər ortaya çıxıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu barədə “Medical Xpress”də məlumat verilib. Xəbərə görə, dünya üzrə neyrocərrah, psixoloq və psixiatrların cəmləndiyi tədqiqatçılar heyəti cinsi ayrı-seçkiliyin kiçik yaşlarından cinsi fərqə görə özlərinə qarşı fərqli davranış görən, valideynləri tərəfindən ayrı-seçkiliyə məruz qalanların beyninə təsirini  müəyyənləşdirib. 

Tədqiqatda 29 ölkədən 7 min 876 nəfər iştirak edib və onlar maqnit rezonans tomoqrafiyasından keçirilib. MRT sayəsində bu insanların beynində baş vermiş dəyişiklik görünüb. Nəticələrə görə, cinsi bərabərlik səviyyəsinin aşağı olduğu ölkələrin qadınlarının beyninin 3 bölgəsi, cinsi bərabərlik səviyyəsinin yüksək olduğu ölkələrin qadınlarının beyninə nisbətən daha kiçikdir. Cinsi ayrı-seçkilik səviyyəsi artdıqca, beynin bu 3 bölgəsi daha da kiçilməyə doğru gedir. Tədqiqatın sonucları "Proedings of the National Academy of Sciences" dərgisində yayımlanıb. Tədqiqatçılar cinsi ayrı-seçkiliyə məruz qalmanın uşaqlıq illərindən başlayaraq fərdlərin beyin hüceyrələrinə mənfi təsir etdiyi, nəticədə beynin 3 bölgəsində kiçilmə və daralma getdiyi qənaətindədirlər.