Dünyada pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb.
“Sherg.az” xəbər verir ki, “William Russell” sığorta şirkətinin məlumatına görə, ən yüksək qiymətə pasport verən ölkə Avstraliya olub.
Avstraliyada pasportun qiyməti 230 dollar olaraq açıqlanıb. Dünyanın ən bahalı pasportları siyahısında ikinci yeri 170 dollarla Meksika tutub. Avropa ölkəsi İsveçrə isə 140 dollarla Meksikanı izləyir. Aralıq dənizi ölkəsi İtaliya isə siyahıda 4-cü yerdədir.
Ölkənin pasportunun qiyməti 135 dollardır.Həmçinin ABŞ 130 dollarla 5-ci yeri tutarkən, Yeni Zelandiya 128 dollarlıq pasport qiyməti ilə 6-cı sırada məskunlaşıb.
Siyahıdakı digər ölkələr sırasıyla; Çili (127 dollar), Kanada (125 dollar), Yaponiya (115 dollar) olub.Türkiyə isə 110 dollarlıq pasport rüsumu ilə siyahıda 10-cu yerdə qərarlaşıb.Qeyd edək ki, Pasport üçün ən az pul ödəyən ölkələr arasında Çexiya (27 dollar), Latviya (29 dollar), İspaniya (33 dollar), Polşa (35 dollar) və Slovakiya (35 dollar) var.
Mənbə: Haber Global