Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 13-də keçiriləcək.

“Report”un məlumatına görə, bu barədə spiker Sahibə Qafarova parlamentin iyunun 9-da keçirilən növbədənkənar sessiyasının plenar iclasının yekununda məlumat verib.

Sədr bildirib ki, toplantının gündəliyi barədə yaxın vaxtlarda məlumat veriləcək.