“Sabah” - “Beşiktaş” oyununda əldə edilən gəlir AÇIQLANDI

Mayın 13-də keçirilmiş “Sabah” - “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub. 

Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, qarşılaşmanın gəlirləri  718 019 manat təşkil edib.

Bildirilib ki, oyundan əldə edilmiş gəlir ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni, Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək. Matçdan əldə edilən gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda keçirilmiş sözügedən oyunda qalib müəyyənləşməyib - 3:3.