"Hər kişi vətənə borcunu ödəməlidir" - Qazi ekspertlə razılaşmır

Təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a maraqlı təklif edib. O bildirib ki, müəllimlik peşəsini seçən kişilər hərbi xidmətdən azad olunsun. 

Səsləndirdiyi təklifin kişi müəllimlərin məktəblərə cəlb edilməsində müsbət təsirinin olacağına ümid bəsləyir.

Bu barədə "Sherg.az"a danışan Qarabağ qazisi Kamil Musavi təklifi müsbət dəyərləndirmədiyini qeyd edib:

"Hər bir kişi vətənə olan borcunu yerinə yetirməlidir. Müəllimlik ixtisasını seçən kişiləri hərbi xidmətdən azad etməkdənsə əməkhaqqını yüksəltmək daha məqsədəuyğundur. Kişilər müəllimlik fəaliyyətinin maaşının qənaətbəxş olmadığını bildiklərinə görə, məktəbdə işləməyə can atmırlar. Çünki həmin pulla ailə saxlamaq çətindir. Bütün hallarda hərbi xidmət çəkmək arzuolunandır".