Qələbəmizin rəmzi - Qlobal Media Forumu 

"İşğaldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var. Bu tədbirlərdə iştirak edən əcnəbi jurnalist və ya ekspertlər də çox böyük məmnunluq hissi keçirir. Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur və Azərbaycan dövlətinin gücünü bir daha görürlər".

Bunu "Sherg.az"a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. 

Tanınmış jurnalist bildirib ki, hətta iki il bundan əvvəl Şuşaya gəlmiş bir neçə jurnalist, indiki səfərlərində Şuşanın möhtəşəm şəkildə dəyişdiyini qeyd ediblər: 

"Maraqlıdır ki, artıq Şuşa haqqında əcnəbilər belə, kitab yazırlar. Bu kitablarda əcnəbi müəlliflər öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının yenidən dirçəlişini böyük qürur hissi ilə tərənnüm edirlər. İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundan sonra xaricdə Şuşa haqqında yazıb və danışan əcnəbilərin sayı daha da çox olacaq. Çünki Forumda 49 ölkədən gələn əcəbi qonaqlar Azərbaycan, eləcə də Şüşa ilə bağlı çox böyük təəssüratlarla öz vətənlərinə qayıdıblar. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir”. 

F.Hüseynzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Şuşada etdiyi bu çıxışlar ermənilərdə bir daha qıcıq yaradıb: 

"Onlar Forumda iştirak edən əcənibi jurnalistlərə böhtanlar yağdırıblar. Hətta Xankəndi-Şuşa yolunda toplanan erməni jurnalistlər Qlobal Media Forumunun iştirakçılarına ünvanlan bəyanatlar yayıblar. Əlbəttə ki, bu, ermənilərdən hər zaman gözlənilən növbəti tərxibat xarakterli addımlardır. Şuşada keçirilən tədbirlər Azərbaycanın həm də regional problemlərin həllində əsas aktorlardan biri olduğunu göstərir. Bu kimi tədbirlər Ermənistanın işğalçılıq siyasətin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Eyni zamanda belə tədbirlərdə regionun gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığı və səyləri aydın görünür. Prezident İlham Əliyevin Şuşada müntəzəm olaraq Qlobal Media Forumunun keçirilməsi təklifini verməsi, Qarabağın gələcəkdə beynəlxaq əməkdaşlıq  məkanına çevriləcəyindən xəbər verir".