Məhkəmə Natiq Nuriyevin şikayəti ilə bağlı qərar verdi

Xəbər verdiyimiz kimi, skripka ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, musiqiçi məhkəmədə uduzub. İfaçının müğənniyə qarşı iddiası rədd edilib. 

Qərardan narazı olan N.Nuriyev isə apellyasiya məhkəməsinə müraciət edib. Növbəti iclas avqustun 23-də keçiriləcək. 

Məsələ ilə bağlı V.Muradov Axşam.az-a açıqlama verib. O bildirib ki, qarşı tərəfin iddiaları əsassızdır:

"Qərar mənim xeyrimə çıxıb. O da narazıdır. Sona kimi gedəcək. Nə etməyə çalışır bilmirəm". 

Qeyd edək ki, Vüqar "Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim" açıqlamasını vermişdi. O, daha sonra Axşam.az-a açıqlamaısnda həmin şəxsin N.Nuriyev olduğunu eyib. Musiqiçi müğənnini məhkəməyə verərək, ondan 50 min təzminat istəyib.