Güneyli fəal həbs olundu 

Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.
Bakupost.az xəbər verir ki, bu haqda onun ailə üzvləri sosial mediada məlumat yayıblar.
Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib. Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmu gölü ilə bağlı fəaliyyətlərinə görə, Səid Minayi bundan əvvəl də bir neçə dəfə həbs edilib.
Onun son həbsinin Urmu gölü ilə bağlı fəaliyyəti - yazıları və sosial mediadakı çağırışları ilə bağlı olduğu ehtimal edilir.