Məşhur alim Beynəlxalq konqresdə iştirak edib 

Dünyada mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirakı Türkiyə mətbuatının diqqətini çəkib. Alim Konqresdə iştirakı ilə yanaşı, bir sıra elmi görüşlər keçirib.  
Professor ilk olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin elmi işlər üzrə prorektoru Asəf Zamanovun dəvəti ilə 1976-1980-ci illərdə təhsil aldığı bu ali məktəbdə “Riyaziyyatdan mexanikaya yol: problemlər və perspektivlər” adlı mühazirə ilə çıxış edib. Konfransdan əvvəl professor A.Sofuyevin müəllimi, professor Malik Cəbrayılov tələbəsi ilə bağlı xatirələrindən danışıb və onu universitetdə yenidən görməkdən şad olduğunu qeyd edib. Daha sonra alimin akademik və jurnalist dostları onunla bağlı xatirələrini bölüşüblər.

Professorun ikinci görüş məkanı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti olub. Alim 3 oktyabr 2023-cü il tarixində öz elmi təcrübələrini Universitetin akademikləri və tələbələri ilə bölüşüb. Eyni zamanda “Yeni nəsil kompozitlər: Modelləşdirmə, tətbiqlər və gözləntilər” adlı təqdimatla çıxış edib.
Abdulla Sofuyev professor Yaqub Piriyevin dəvəti ilə oktyabrın 5-də Bakı Mühəndislik Universitetini ziyarət edib. Universitetdə akademiklər və tələbələrlə görüşən professor təcrübələrini bölüşdü. Sonra “Funksional dərəcəli materiallar: modelləşdirmə və tətbiqlər” adlı konfrans verdi.


Qeyd edək ki, daha əvvəl 73 dəfə keçirilən Beynəlxalq Astronomiya Konqresi bu il 2-6 oktyabr 2023-cü il tarixlərində Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilib. Bakı Diaspor Komitəsi də qurultaya xaricdə yaşayan tanınmış akademikləri dəvət edib. Professor A.Sofuyev də dəvət alan akademiklər arasında olub və "Konstruksiyalarda funksional dərəcəli örtüklərin və tətbiqlərin modelləşdirilməsi" adlı məqaləsini təqdim edib.