Biz ya adət-ənənə ilə yaşamalıyıq, ya da qanuna tabe olmalıyıq

“Biz ya adət-ənənə ilə yaşamalıyıq, ya da hüquqi dövlətdə yaşayırıqsa, hər birimiz qanuna tabe olmalıyıq”.

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Əgər bizim istəklərimiz qanuna uymursa, bu qanunun günahı deyil. Cəmiyyət konkret olaraq nə istədiyini bilməlidir. Hər zaman bu mövzularda qəti mövqeyim olub. Lakin son üç ildə elə hadisələrlə qarşılamışam ki, onlar danışılası deyil. Bu gün özümüzü olduğumuzdan daha qatı mühafizar göstəririk. Niyə?”, - o deyib.