Dönərdən zəhərlənən bütün məktəblilər evə buraxıldı - Yenilənib

Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

***

TƏBİB-in yaydığı son məlumata əsasən, xəstəxanada qalan 4 nəfər də bu gün  ambulator müalicə üçün evə buraxılıb.