Azərbaycanda qışda havanın necə keçəcəyi açıqlanıb

Pronqozlara görə, 2024-cü ilin yanvar-fevral aylarında havanın orta temperaturu bir neçə dərəcə yüksək olacaq.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, son illərdə müşahidə edilən qlobal istiləşmə, iqlim dəyişmələri Azərbaycandan da yan keçmir.