Bu saatda yuyun! -Paltarlar onda daha tez quruyur

  Evdar xanımlar üçün olmasa da, işləyən xanımlar camaşırların yuyulmasına heç də hər zaman vaxt ayıra bilmir. Baxmayaraq ki, paltaryuyan, qurulayan maşınlar var. Amma mütəxəssislər camaşırların yuyulması üçün də ən uyğun zaman olduğu fikrindədir. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən camaşır yuyulması üçün ən uyğun vaxt barədə məlumat verir. İşləyən xanımlar adətən işdən evə gəldikdən sonra ev işlərini görməyə başlayır. Paltaryuyan maşın var deyə camaşırları texnikaya həvalə edir. Lakin bilməlidirlər ki, axşam paltar sərmək doğru deyil. Çünki axşam saatlarında sərilən camaşırların quruması çətindir. Çünki axşam saatlarında havada rütubətin miqdarı artır. Camaşırlara hopan rütubət, nəm hava onların qurumasını əngəlləyir. Hətta digər növlərinə nisbətən tez quruyan parçaların da axşam saatlarında quruması üçün uzun müddət zivədə asılı qalması gərəkir. Camaşırların yuyulub qurudulması üçün ən uyğun vaxt günorta saatlarından əvvəldir. Əgər camaşırları günortayadək yuyub sərmisinizsə, günəş zirvədə olduğu vaxt onlar artıq qurumuş olacaq. Həm də camaşırlarınız günəş enerjisi də almış olacaq. Üstünlük təkcə bu deyil. Günorta saatlarında zivədə olan camaşırlarda hər hansı ləkə varsa, günəş şüası sayəsində silinib gedəcək. Çünki günəş şüası ləkələrə ağardıcı təsir göstərir.