Araşdırma: Artıq itinizin nə qədər yaşayacağını öyrənmək mümkündür

Yeni bir araşdırmaya görə, itinizin burnunun ölçüsünə baxaraq nə qədər yaşayacağını öyrənə bilərsiniz.
Sherg.az xəbər verir ki, Böyük Britaniyada 584.000-dən çox itin məlumatlarını araşdıran yeni bir tədqiqtda, burun uzunluğunun itin ömrünə, həmçinin bədən ölçüsünə və cinsinə təsir göstərə biləcəyi aşkar edilib.

Tədqiqat çərçivəsində 155 it cinsi və qarışıq cinslər haqqında məlumatlar araşdırılıb.

Tipik bir Labrador retrieverinin və ya Border Collienin orta ömrü 13 ildən bir qədər çox olsa da, tədqiqatçılar demək olar ki, bütün "düz üzlü" itlərin bu ölçüyə görə daha az yaşadığını aşkar ediblər.

Bu qısa burunlu qrupa iri mastiflər (9 yaş), ətli ingilis bulldoqları (9,3 yaş) və fransız bulldoqları (9,8 yaş) daxildir.

Nəticələrə görə, dişilər erkəklərdən, kiçik itlər isə böyüklərdən daha çox yaşayır.

Kiçik və orta ölçülü itlər orta hesabla 12 ildən çox yaşasa da, bütün ölçülərdə olan "düz üzlü itlər" bu həddən aşağı düşür.

Londondakı Kral Baytarlıq Kollecinin dosenti Dan O'Neill deyib: 

"Bu yeni araşdırma, düz üzlü itlərin adi itlərdən 1,5 il daha qısa ömür sürdüyünü ortaya çıxarmaqla əsas sağlamlıq problemlərini ortaya çıxarır. Düz üzlü bir cins almağı düşünən hərkəsi durub düşünməyə, uzun və mutlu bir yaşam şansına sahib bir iti himayəyə götürməyə çağırırıq".