Evlənmək istəyənlərə faizsiz 150 min kredit: Şərtlər açıqlandı

Türkiyədə evlənmək istəyənlər üçün veriləcək 150 min TL faizsiz kredit müraciətlərinin tarixi açıqlanıb. Müraciətləri təsdiqlənən gənclərə 48 ay və 2 il güzəştli, cəmi 150 min lirə faizsiz kredit veriləcək. Bəs, faizsiz evlilik krediti üçün nə vaxt müraciət etməli, şərtləri nədir və kimlər faydalanacaq?
Sherg.az türk mediasına istinadən  xəbər verir ki, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş faizsiz evlilik krediti müraciət tarixi və şərtlərini açıqlayıb. Beləliklə, nikah krediti üçün nə vaxt müraciət etməli, şərtləri nədir və kimlər faydalanacaq?

150 min TL faizsiz evlilik krediti üçün müraciətlər 15 Fevral 2024 Cümə axşamı günü qəbul edilməyə başlayacaq.

Nazir Göktaş açıqlamasında müraciət üçün tələblərin açıqlanmağa davam edəcəyini də bildirib. Müraciətləri təsdiqlənən gənclərə 48 ay və 2 il güzəştli 150 min lirə faizsiz kredit veriləcək.

Krediti üçün müraciətlər “aile.gov.tr” internet saytı vasitəsilə ediləcək.

Bu kreditdən ilk növbədə zəlzələ zonalarında yaşayan gənclər faydalanacaq. Gələcəkdə proqram Türkiyə daxilində bütün gəncləri əhatə edəcək.

Bundan əlavə, proqramdan yararlanmaq istəyənlər nikahdan əvvəl və sonra nazirlik tərəfindən veriləcək təlim və məsləhət xidmətlərindən yararlanmağı öhdələrinə götürməlidirlər.