Paytaxtda yeni velosiped yolları salınır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanan layihənin icrası davam etdirilir.
“Sherg.az”ın AYNA-ya istinadən xəbərinə görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlama işlərinə başlanılıb.