Ötən il 16-17 yaş arasında 10 min 400 qız ərə verilib

Türkiyə Statistika Qurumunun (TÜİK)  açıqladığı “2023-cü ilin evlilik və boşanma statistikası”nda azyaşlı nikahlarla bağlı məlumatlar diqqət çəkib. 

Sherg.az xəbər verir ki, məlumata görə, 16-17 yaş arasında olan 10 min 471 qız və 706 oğlan evləndirilib.
4’ünün ise evlendikleri kadının öldüğü
Bu uşaqların ailə qurduğu kişilərin əvvəlki ailə vəziyyətinə nəzər saldıqda onlardan 168-nin boşandığı, 4-nün evləndikləri qadının öldüyü, yəni 172-nin isə ikinci nikahı olduğu məlum olub.
600-ə yaxın qız 30-45 yaş arası kişilərə ərə verilib.

Ən çox qız uşaqların evləndirildiyi vilayət Antep olub. Antepdə cəmi 960 qız ərə verildiyi halda, ikinci yerdə olan Urfada 928 qız ərə verilib.

16-17 yaş arası qızlarla evlənən bəzi kişilərin yaş həddi belədir:
30-34 yaş: 504
35-39 yaş: 64
40-44 yaş: 9

Məlumata görə; əvvəlki illə müqayisədə evlənən və boşanan cütlüklərin sayı azalıb. 2022-ci ildə evlənən cütlüklərin sayı 575 min 891 olduğu halda, 2023-cü ildə 565 min 435 olub. Boşanan cütlüklərin sayı 2022-ci ildə 182 min 437 olduğu halda, 2023-cü ildə 171 min 881 olub.