Lerikdə minik avtomobili dərəyə aşıb, ölən və yaralananlar var

Lerikdə minik avtomobili dərəyə aşıb.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu səhər Lənkəran - Lerik yolunun 50-ci km-də qeydə alınıb.
Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.

Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

İlkin məlumatda hadisəyə səbəbin yolun qarlı və buzlu olduğu göstərilir.

Faktla bağlı araşdırma aparılır.