Həyat yoldaşından boşandıqdan sonra həyatı alt-üst olan kişinin hekayəsi dünya mediasında böyük səs-küyə səbəb olub. Evindən didərgin düşən və işsiz qalan Aleksandr adlı şəxs 15 ildir kanalizasiyada yaşayır və dilənçiliklə dolanır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, düz 15 il əvvəl Aleksandr adlı rus kişi xoşbəxt evli idi. Aleksandrın arvadı əri ilə razılaşmadı və bir gün qəfildən boşanmaq qərarına gəldi. Boşandıqdan sonra bütün var-dövlətini həyat yoldaşına itirən rus kişi evsiz qalıb. Evsiz qaldıqdan sonra kanalizasiya quyusunda yaşamağa başladığını deyən bədbəxt sərxoş olduqdan sonra quyuya düşdüyünü və 15 ildir burada yaşadığını bildirib.
Rusiyalı bloger Anton Qletçerov tərəfindən göstərilən bu şəxs illərdir yerli əhalidən dilənərək sağ qaldığını bildirib. Qletçerov Aleksandrın nitq qüsurlu olduğunu da xatırladıb və bu yaxınlarda insult keçirdiyini bildirib.
Qletçerov ailəsinin Aleksandrın öldüyünü güman etdiyini və şəxsən özü ailəsi ilə əlaqə saxladığını bildirib. Aleksandrı quyudan xilas etməyə gələcəklərini bildirən ailə üzvləri hələlik hadisə ilə bağlı araşdırmalara başlamayıb. Yaşının neçə olduğunu dəqiqləşdirə bilməyən Aleksandr səlahiyyətlilərə səslənərək normal ev və iş istəyib.