Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır.
Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.