Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.
Bunu Trend-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: "Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir".
G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.