Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.
Növbəti iclas aprelin 24-ə təyin olunub.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 200-ü keçib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Respublika Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.