Evlilik krediti verilir...

  Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, evlənən cütlüklərə faizsiz evlilik kreditinin nə zaman ödəniləcəyini açıqlayıb. “Sherg.az” “NTV.com.tr”tə istinadən xəbər verir ki, nazir 150 min türk lirəsinin faizsiz kredit ödəmələrinin may ayında verilməyə başlanacağını deyib. Evlilik krediti almaq üçün müraciət edənlərə 48 aylıq güzəştli kredit veriləcək və 2 il ərzində onlardan heç bir faiz tutulmayacaq. Evlilik kreditinin məbləği 150 min TL-dir. Bu barədə nazir Göktaş “Türkiyə ilə Macarıstanın Ailə Yapısının Güçləndirilməsinə Yönəlik müstəqil yanaşmalar Paneli”ndə məlumat verib. Nazir bildirib ki, evlilik krediti Ailə və Gənclik Fondu tərəfindən təsis edilib. Evllik kreditinin verilmə məqsədini açıqlayan nazir qeyd edib ki, bu, gənclərin ailə qurmalarına dəstək, onları sosial risklərə qarşı qorumaq məqsədi daşıyır. Zəlzələ bölgələrində yaşayanlar ilk növbədə bu kreditdən yararlanacaq. Sonrakı mərhələlərdə kreditin bütün Türkiyə ərazisində verilməsi təmin ediləcək.